“Servis Finans” MMC autsorsinq prinsipləri əsasında mühasibat uçotunun aparılması üzrə ixtisaslı xidmətlər təqdim edir.

Mühasibat autsorsinqi biznes proseslərin optimallaşdırılması məqsədi ilə müəssisənin mühasibat uçotunun aparılmasının kənar mütəxəssislərə ötürülməsidir. Mühasibat autsorsinqi şirkətlərə diqqəti öz bizneslərinə yönəltmək, maliyyə risklərini azaltmaq, idarəetmə və maliyyə xərclərini minimuma edirmək imkanı verir. Mühasibat uçotunu bu sahədə ixtisaslaşmış şirkətə etibar etməklə, Siz öz biznesiniz üçün bir sıra üstünlüklər əldə edəcəksiniz.

Standart halı nəzərdən keçirək: bu və ya digər səbəbdən Sizin mühasib şirkəti tərk edir və Siz yeni işçi götürməli olursunuz. Belə olan halda, bir qayda olaraq, məlumatların və ya sənədlərin itmə riski yaranır və bu barədə Siz yalnız vergi müfəttişindən öyrənirsiniz. Mühasibatlığın aparılması ixtisaslaşmış konsaltinq şirkətinə verildikdə isə heç nə itə bilməz, belə ki, hətta bütün ilkin sənədlər geri qaytarıldıqdan (və onların sonradan itkisindən) sonra belə, Siz bir ildən sonra da bütün lazımi informasiyanı məlumat bazasının arxivindən ala bilərsiniz.

“Servis Finans” MMC müraciət etsəniz, aşağıdakı üstünlüklər əldə edəcəksiniz:

  • Struktur bölməsində qənaət: adətən abunə haqqı mühasib ştatının saxlanılmasından ucuz başa gəlir;
  • Maliyyə risklərinin aradan qaldırılması: uçotun aparılması ilə bağlı bütün maliyyə riskləriniz bizim şirkətimizin üzərinə düşür;
  • Vergi ödənişlərinin azaldılmasının qanuni yollarının tapılması məsələləri üzrə, qeyri-standart maliyyə-təsərrüfat və hüquqi məsələlər üzrə əlavə məsləhətlərin alınması;
  • Mühasibat və vergi hesabatlarının verilməsində yubanmaların aradan qaldırılması.

Bu Sizə sərfəlidirmi?

Mühasibat autsorsinqinin sərfəli olması artıq bütün dünyada qiymətləndirilmişdir. İxtisaslaşmış konsaltinq şirkəti tərəfindən təqdim olunan mühasibat uçotu hal-hazırda mühasibat uçotu bazarında ən sərfəli təklif sayılır.

Vergi uçotu şöbəsinin funksiyalarının: vergilərin ödənilməsinin, vergi bəyannamələrinin və ilkin sənədlər və məcmu mühasibat reyestri əsasında digər hesabatların tərtib edilməsinin konsaltinq şirkətinə ötürülməsi Sizin şirkət üçün xüsusi maraq kəsb edə bilər.

“Servis Finans” MMC müasir və daima yenilənən proqram təminatı ilə təchiz olunmuşdur ki, bu da, mühasibat uçotunu avtomatlaşdırılmış şəkildə aparmağa və müştərilərin yaratdıqları mühasibat bazalarında işlərin problemsiz davam etdirilməsinə imkan verir.

Sizə 1C 8.3 platforması əsasında Azərbaycan Respublikasının vergi və maliyyə qanunvericiliyinə uyğunlaşdırılmış və məsafədən daxil olmaq imkanı verən proqram təminatını (bundan sonra “Proqram təminatı”) təklif edirik.

Bu proqramda Sizə gündəlik əməliyyat və mühasibat uçotu aparmaq imkanı, habelə seçilmiş tarifə uyğun olaraq www.e-uchot.az internet portalında yerləşən Proqram təminatından müstəsna olmayan istifadə hüququ verilir.

Siz Proqram təminatından fərdi kompüterdən, terminaldan və digər cihazlardan internet bağlantılar vasitəsilə qoşularaq istifadə edə bilərsiniz.

Proqram təminatı müəssisənin fəaliyyətinin müxtəlif sahələrdə avtomatlaşdırılması üçün vahid bir platformadır və aşağıdakı alt sistemlərdən ibarətdir: satış, satınalma, maddi və qeyri-maddi aktivlərin uçotu, anbar uçotu, kadrlar uçotu, xəzinədarlıq, istehsal uçotu, yerli standartlar və Hesablar Planı əsasında mühasibat və maliyyə uçotu. Proqram təminatı müvafiq alt sistemlərin inteqrasiyası nəticəsində bir şirkətin, bir neçə şirkətin, bölmələrinin universal iş mühitində idarə edilməsinə və uçotunu imkan verir.

Sizin istəyiniz üzrə Proqram təminatının mövcud funksiyalarına digər funksiyaların əlavə edilməsi mümkündür.

Proqram təminatının funksiyaları barədə daha ətraflı məlumatı aşağıdakı çarxdan əldə edə bilərsiniz:

Məsləhətlər

Biznesiniz üçün mühasibat uçotunu peşəkarlara etibar etməklə, Siz ya natamam, yaxud gecikmələr və ya pozuntular ilə, bəzən isə səhvlərlə təqdim edilən hesabatlarla bağlı narahat olmursunuz. Vergi və mühasibat qanunvericiliklərinin pozulması ilə bağlı cərimə və dəbbə pullarından yayınmağa nail olacaqsınız.

“Servis Finans” MMC mütəxəssisləri bütün maliyyə hesabatlarını hazırlayacaq və vergi müfəttişliyinə, pensiya fonduna və sosial sığorta fonduna, statistikaya təqdim edəcəklər.

“Servis Finans” MMC-nin mütəxəssisləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aşağıdakı xidmətləri təqdim edirlər:

  • Uçota salma;
  • Mühasibat uçotunun aparılması;
  • Hesabatların tərtib edilməsi və verilməsi;
  • Mühasibat uçotunun bərpası;
  • Uçot sxemlərinin tərtib edilməsi;
  • Mühasibat uçotu ilə bağlı məsləhətlər;