Şirkətin fəaliyyətinin uğurlu olması əsasən onun sənəd dövriyyəsininin qaydada olmasından asılıdır. Lakin etiraf etməliyik ki, heç də hər bir şirkət öz sənədlərinin ideal qaydada olması ilə öyünə bilmir. “Leks Servis” MMC-nin ixtisaslı əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq əmək hüququ və kadr uçotu ilə əlaqədar problemlərin həllində Sizə tam yardım göstərəcəkdir.
- Əmək haqlarının düzgün hesablanması məqsədilə aylıq iş vaxtı cədvəllərinin aparılması.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların tərtib olunması və məşğulluq fonduna təhvil verilməsi.
- Əmək müqavilələrinin qanunvericiliyə əsasən hazırlanması və bağlanılması.
- Ştat cədvəlində istənilən dəyişikliklər və bununla bağlı əmək müqavilələrinə əlavələrin edilməsi.
- Əmək müqavilələrinə əlavələrin edilməsi. Aşağıdakı hallarda əmək müqavilələrinə əlavələr olur:
a)məzuniyyət günlərinin sayının dəyişməsi ilə əlaqədar;
b)əmək haqqının dəyişməsi ilə əlaqədar;
c)işçinin funksiyalarında dəyişiklər ilə əlaqədar;
ç) Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklər ilə əlaqədar (belə dəyişikliklər nadir hallarda baş vermir).
- Əmək qanunvericiliyinin tələbləri çərçivəsində ezamiyyətlərin, müəssisə rəhbərlərinin əmrlərinin, personalın idarə olunmasına dair müəyyən edilmiş digər sənədlərin rəsmiləşdirilməsi.
- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bayram günlərinin vaxtının dəyişdirilməsi barədə əmrlərin verilməsi.
- Əməkdaşlar tərəfindən məzuniyyətlərin vaxtında istifadə olunmasına nəzarət, məzuniyyətlər haqqında əmrlərin verilməsi, iş vaxtı cədvəlinə daxil edilməsi.
- Məşğulluq fondundan əmək kitabçalarının sifarişi.
- Müəssisə əməkdaşlarının əmək kitabçalarına qeydlərin daxil edilməsi, onların uçotunun və saxlanmasının təmin edilməsi.
- İşçilərin hazırkı əmək fəaliyyəti barədə arayışların hazırlanması və verilməsi.
- Pensiya sığorta kartlarının sifarişi.
- Xəstəlik vərəqələrinin doldurulması və ödəniş üçün onların elektron sistemə daxil edilməsi.
- Maddi mükafatlandırmaya dair əmrlərin verilməsi.
- Əməkdaşların şəxsi işlərinin aparılması.
- Əməkdaşların işə qəbulu, işdən çıxarılması, bir vəzifədən digərinə keçirilməsi.
Əmək qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən əmək müqavilələrinin elektron uçot sistemi tətbiq edilir. Yəni, heç bir dəyişiklik (işə qəbul, işdən çıxarılma, məzuniyyət günlərinin sayının dəyişdirilməsi, əməkdaşların müqavilələrindən istənilən dəyişikliklər (soyad, pasportun dəyişdirilməsi, vəzifə funksiyaları) əvvəlcə elektron imza vasitəsilə sistemə daxil edilmədikcə qüvvəyə minmir.
Həmçinin müştərinin istəyi ilə şirkətin kadr işlərinin auditi aparılır. Audit zamanı bütün çatışmazlıqlar aşkar olunur, səhvlərin düzəldilməsinə dair açıqlamalar verilir və keçirilmiş audit barədə hesabat təqdim olunur.