Hər bir şirkətin hüquqi dəstəklə təmin olunması, onun biznesinin təhlükəsizliyi deməkdir. Lakin ştatda hüquqşünasın saxlanması iqtisadi fayda baxımından heç də həmişə sərfəli deyil, kənardan mütəxəssislərin cəlb edilməsi çox vaxt daha əlverişli olur. Söhbət yalnız xərclərin azaldılmasından getmir, burada səriştə məsələsi də böyük rol oynayır. Yüksək səviyyəli hüquqşünasın işə götürülməsi heç də hər bir şirkətin imkanları daxilində deyil. Kənar məsləhətçilər isə bir çox müştərilərlə işləyir və hər gün müxtəlif, bəzən qeyri-adi vəziyyətlərlə rastlaşırlar. Bunun sayəsində onların təcrübəsi və peşəkarlığı daim artır. Hətta ştatda hüquqşünas və ya hüquq şöbəsi olduqda belə, bəzən müəssisəyə kənardan kömək lazım olur: məsələn, məsləhət, ekspert qiymətləndirməsi və ya meydana çıxan məsələlər barədə fikir mübadiləsi aparmaq üçün. Biz Sizin mütəxəssislərinizlə birgə hüquqi məsələlərinizi həll etməyə hazırıq, əgər ştatda hüquqşünasınız yoxdursa, biznesinizi tam şəkildə müşayiət etməyi öz üzərimizə götürə bilərik.

Hüquqi nizamlama məsələləri hər zaman işgüzar və təsərrüfat fəaliyyətinin digər aspektləri ilə sıx bağlı olur: məsələn, maliyyə, idarəetmə, informasiya və, nəhayət, insan amili ilə. Problemləriniz hər zaman yalnız hüquqşünasların gücü ilə həll oluna bilməz. Odur ki, vəziyyəti kompleks şəkildə görməyinizə kömək edə bilərik: digər sahələrin mütəxəssisləri təhlil və tövsiyələrin hazırlanmasına hər an qoşulmağa hazırdır.

«Leks Servis» MMC aşağıda göstərilən hüquqi xidmətlər təklif edir:

Müqavilələr üzrə iş:

  • Müqavilələrin tərtib edilməsi, həmçinin hüquqi təhlili;
  • Müqavilələr üzrə hüquqi rəyin hazırlanması;
  • Müqavilələrin bağlanması zamanı danışıqlarda iştirak (fikir ayrılığına dair protokolların tərtib edilməsi).

Mübahisələrin həlli:

  • Pretenziya məktublarının, pretenziyalara cavabların və s. hazırlanması;
  • Mübahisələrin məhkəməyəqədər həlli;
  • Prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə etirazların, vəsatətlərin, ərizələrinin, izahların və iddia, əmr, xüsusi və s. məhkəmə icraatı sənədlərinin) hazırlanması;
  • İstənilən məsələlər, o cümlədən debitor borcu barədə işlər, vergi mübahisələri, korporativ hüquqların, mülkiyyət hüquqlarının, icarə hüquqlarının qorunması və s. işlərə dair bütün məhkəmə instansiyalarında təmsilçilik;
  • Vergi müfəttişliyi və digər dövlət nəzarət orqanları ilə mübahisələrin tənzimlənməsi;
  • Məhkəmə qərarlarının icrasının hüquqi müşayiəti (icra xidməti ilə iş, icra məmurlarının hərəkətlərindən şikayət verilməsi).

Maliyyə, valyuta, vergi və gömrük hüququ sahəsində xidmətlər:

  • Vergi qanunvericiliyi və vergi planlaşdırılmasına dair məsləhətlərin verilməsi;
  • Normativ-hüquqi aktlar üzrə hüquqi rəylərin hazırlanması;
  • Hüquqi məsələlər üzrə hüquqi arayışların hazırlanması;
  • Vergi və ya digər nəzarət orqanlarının yoxlama aktlarına etirazların hazırlanması;
  • Gömrük qanunvericiliyinə dair məsləhətlərin verilməsi;
  • Valyuta tənzimlənməsi sahəsinə dair məsləhətlərin verilməsi.

Müəssisələrin yaradılması, qeydiyyatı və ləğvi sahəsində xidmətlər:

  • Bütün təşkilati-hüquqi formalarda müəssisələrin yaradılması, qeydiyyatı və ləğvi məsələlərinə dair məsləhətlərin verilməsi;
  • Müəssisələrin, filialların, nümayəndəliklərin qeydiyyatı üzrə xidmətlər;
  • Təsis sənədlərinin (nizamnamələrin, əsasnamələrin) layihələrinin hazırlanması üzrə xidmətlər;
  • Müəssisələrin, filialların, nümayəndəliklərin ləğvi üzrə xidmətlər;
  • Təsis sənədlərində dəyişikliklərin edilməsi və onların qeydiyyatı (güzəşt etmə, bağışlama, alqı-satqı, payın ötürülməsi, təsisçilərin dəyişməsi, ünvanın dəyişdirilməsi və s.).

Digər xidmətlər:

  • Müəssisələrə kompleks hüquqi xidmətin göstərilməsi;
  • Təsərrüfat fəaliyyətinin hüquqi məsələlərinə dair məsləhətlərin verilməsi;
  • Maraqlandıran məsələ üzrə hüquqi məlumatın axtarışı;
  • Biznesin idarə edilməsi, biznes proseslərinin qurulmasına dair məsləhətlərin verilməsi, təsərrüfatdaxili sənədlərin hazırlanması.